media-resized_4610e-4586ab5ea53

İstanbulda vəkil Serdar Öktem silahlı hücuma məruz qalıb.

Patrulaz.az Türkiyə KİV-nə əsasən xəbər verir ki, Zincirlikuyudan Beşiktaşa doğru hərəkət edən vəkil Öktemin avtomobili motosikletlərdə olan naməlum şəxslər tərəfindən avtomatlardan açılan atəşlə gülləbaran edilib.

Ağır yaralanan vəkil dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İstanbul Baş Prokurorluğu hücumdan sonra açıqlama yayıb. Məlumatda bildirilib ki, İstanbul Respublika Baş Prokurorunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə müdir müavini və təyin olunmuş Respublika Prokuroru vəkil Serdar Öktemə qarşı törədilmiş silahlı hücumla bağlı ilkin araşdırmalar aparıldığı və hücumu həyata keçirən şəxslərin tutulduğu bildirilib.


Bənzər xəbərlər