Kadi Borges yenidən yaşıl meydanlarda - VİDEO
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” (2:2) qarşılaşmasında ağır zədə alan Kadi Borges yaşıl meydanlara qayıdıb.
Patrul.az xəbər verir ki, ötən ilin noyabrında baş tutan həmin oyunda sol ayağının fibula sümüyü qırılan braziliyalı yarımmüdafiəçi uzun sürən bərpa prosesini uğurla başa vurub. 29 yaşlı futbolçu artıq fərdi və komanda məşqlərinə başlayıb.
Kadi Borgesin sosial şəbəkələrdə yayılan görüntülərində məşq prosesində iştirak etdiyi və ingiliscə “come back” (geri döndüm) ifadəsi ilə qayıdışını qeyd etdiyi görünür.
Qeyd edək ki, “sambaçı” Bakıdakı tarixi heç-heçə ilə yadda qalan “Çelsi”yə qarşı oyunun 31-ci dəqiqəsində aldığı zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etmişdi.






