Kəbənin örtüyünü kəsmək istəyən qadına müdaxilə müsəlmanları qəzəbləndirdi - VİDEO
Hər il milyonlarla zəvvarın ziyarət etdiyi Məkkədə gözlənilməz hadisə baş verib.
Patrul.az sosial mediada yayılan görüntülərə əsasən xəbər verir ki, Məkkəyə ziyarətə gedən Türkiyənin zəvvar qrupundan bir qadın xatirə saxlamaq məqsədilə Kəbənin örtüyünü qayçı ilə kəsməyə çalışıb.
Bu vəziyyəti görən Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri qadına sərt reaksiya göstəriblər. Belə ki, onlar türkiyəli zəvvarın hicabından tutaraq oradan uzaqlaşdırıblar.
Hadisəni izləyən digər zəvvarlar qadının başörtüsünə toxunanlara “bu haramdır” deyərək etiraz ediblər. Müsəlmanlar təhlükəsizlik əməkdaşlarının hicablı qadına qarşı bu cür davranışını narazılıqla qarşılayıblar.
Qeyd edək ki, Kəbə örtüyünün zədələnməsinin qarşısını almaq üçün Həcc mövsümündə Kiswa (qara örtük) adətən yuxarı qaldırılır və ətrafı ağ parça ilə əhatə olunur.
Gülbəniz Səfərova






