Kərə yağının qiyməti bahalaşdı - Səbəbi BUDUR
Son dövrlərdə ümumi qiymət artımları gündəlik həyatımızda hiss olunur, ərzaq məhsulları da bundan yan keçmir. Xüsusilə kərə yağının qiyməti yüksəlmişdir.
Bəs kərə yağının qiymətinin artmasının əsas səbəbləri nələr ola bilər?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kərə yağının qiymətinin artmasına əsas səbəb istehsal xərclərinin yüksəlməsi və idxal rüsumlarının artırılmasıdır:

“Kərə yağının qiymətinin artmasının əsas səbəbləri istehsal xərclərinin yüksəlməsi, yem və enerji qiymətlərinin bahalaşması, logistika və daşınma xərclərinin artması, idxaldan asılılıq və valyuta məzənnəsindəki dəyişikliklərdir. Bununla yanaşı, idxal rüsumunun 5 faizdən 15 faizə qaldırılması da qiymət artımına ciddi təsir göstərir, çünki gömrük rüsumunun yüksəlməsi idxal olunan kərə yağının maya dəyərini artırır və bu da birbaşa satış qiymətinə əks olunur. Bazar tələbi ilə təklif arasındakı tarazlığın pozulması və mövsümi amillər də qiymətlərin yüksəlməsinə səbəb ola bilər”.
Cəmilə Cəfərzadə






