Kimyagərlərin arzusu gerçəkləşdi – alimlər qurğuşunu qızıla çevirdi
Alimlər qurğuşunu qızılı çevirdilər.
Patrulaz.az “Fulturism”ə istinadən xəbər verir ki, Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) tərəfindən apardıqları eksperiment zamanı qurğuşun atomlarını müvəqqəti şəkildə qızıl nüvələrə çevirməyə nail olublar.
Hadisə ilə bağlı məlumat “Physical Review C” jurnalında dərc olunan araşdırmada yer alıb. Bildirilib ki, Böyük İon Toqquşdurucu Təcrübəsi çərçivəsində aparılan araşdırmalar zamanı atomlar bir-birinə birbaşa çırpılmaq əvəzinə, yaxınlıqdan keçiblər.
Bu zaman yaranan elektromaqnit sahəsi qurğuşun nüvələrinin üç proton itirməsinə səbəb olub və nəticədə atomlar qısa müddətlik qızıl formasına keçib. Bu proses “elektromaqnit dissosiasiya” kimi tanınır.
“Qurğunun qızıla çevrilməsi orta əsr kimyagərlərinin arzusudur. LHC-də bu gerçəkləşdi”, – deyə tədqiqatçılar bildiriblər.
Qeyd edək ki, aparılan təcrübə nəticəsində 86 milyard qızıl nüvəsi yaranmış olsa da, onların ümumi çəkisi çox azdır. Cəmi bir qramın 29 trilyonda bir hissəsi qədərdir. Üstəlik, bu nüvələr çox qısa müddət, yalnız bir mikrosaniyə ərzində mövcud olub. Buna görə də qurğuşunu bu yolla qızıla çevirmək nə real gəlir gətirə bilər, nə də praktiki tətbiqi mümkündür. Lakin bu elmi nəticə gələcək araşdırmalar üçün çox önəmli sayılır.
Gülbəniz Səfərova






