Kiyev Lukaşenkoya qarşı cinayət işi hazırlayır
Kiyev Lukaşenkoya qarşı cinayət işi hazırlayır.
Patrul.az xəbər verir ki, bununla bağlı Ukraynanın Xarici İşlər naziri Andriy Sibiha açıqlamasında Ukraynanın Belarus prezidenti Aleksandr Lukaşenkonu Rusiyaya müharibədə dəstək verməsi səbəbilə məsuliyyətə cəlb etməyi və Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib.
Məsələ ilə bağlı Lukaşenkonun mətbuat katibi Natalya Eismont isə bildirib ki, Minskin bu cür cinayət işindən hələ ki xəbəri yoxdur. Onun sözlərinə Belerus hökuməti bu vəziyyətdən heç narahat deyil.
“Bu cür iddia edilən müzakirələr və niyyətlər barədə heç nə bilmirik, lakin bundan ciddi narahatlıq duymuruq”, – deyə Eismont qeyd edib.
Qeyd olunur ki, mümkün cinayət təqibi Lukaşenkonun beynəlxalq arenada istənilən dinc fəaliyyətdə iştirakını məhdudlaşdıra bilər.






