Kiyev qaranlığa qərq oldu - FOTOLAR
Ukraynanın paytaxtı Kiyevdə genişmiqyaslı elektrik kəsintisi baş verib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, paytaxtın bir neçə rayonlarında, o cümlədən Borispol, Brovarski və Obuxovski ərazilərində, eləcə də Kiyev metrosunda elektrik enerjisi tamamilə kəsilib.
Hadisənin Rusiya ordusunun Ukraynanın kritik infrastrukturuna mümkün zərbələri ilə bağlı olub-olmadığı hələlik müəyyən edilməyib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın Energetika Nazirliyi Xarkov, Poltava və Sumi vilayətlərini də əhatə edən 7 regionda fövqəladə elektrik kəsintilərinin həyata keçirildiyini açıqlamışdı.







