"Kiyev sülhə meylli deyil" - Kreml
“Kiyev rejimi sülh prosesinə meylli deyil”.
Patrulaz.az “RT”yə istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüş zamanı jurnalistlərə açıqlamasında deyib.
Moskva hökuməti Ukrayna tərəfini sülh danışıqlarını dayandırmaqda və münaqişənin sona çatmasında maraq göstərməməkdə ittiham edib.
“Avropalılardan aydın şəkildə ilhamlanan Kiyev rejimi hazırda heç bir sülh prosesinə meylli deyil”, – deyə Peskov qətiyyətlə bildirib.
Xatırladaq ki, keçən ay Peskov qeyd etmişdi ki, tərəflər İstanbulda potensial sülh razılaşmasını araşdırmaq üçün işçi qruplar yaratmaq barədə razılığa gəlsələr də, Ukrayna tərəfi birtərəfli qaydada bütün dialoqu dayandırıb.






