media-photo-output

Köhnə Günəşlidə, Zeytun küçəsi 118B ünvanında güclü yağışlardan sonra bir sakinin həyətində böyük çuxur yaranıb.

Sakin Patrul.az-a bildirir ki, hadisədən dərhal sonra məsul qurumlara müraciət etsə də, indiyədək əraziyə baxış keçirən olmayıb.

Onun sözlərinə görə, bu çuxur təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır: “Həyətdə hər gün körpə uşaqlar oynayır və onların ehtiyatsızlıqla həmin çuxura düşməsi real təhlükədir.” deyə sakin bildirir.

Hazırda sakinlər problemin aradan qaldırılması, ərazinin müayinəsi və təhlükənin qarşısının alınması üçün aidiyyəti qurumların təcili müdaxiləsini gözləyir.

Günay Salayeva

 


Bənzər xəbərlər