media-inshot_20260206_152822055

Hindistanda kömür mədənində dəhşətli partlayış baş verib.

Patrul.az xəbər verir ki, hadisə nəticəsində 18 işçi həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.

Partlayışa işçilərin kömür çıxarmaq məqsədilə dar tunelləri dinamitdən istifadə etməklə açmağa çalışmaları səbəb olub.

Hadisə ilə bağlı Hindistanın Baş naziri Narendra Modi açıqlama verərək, ölənlərin ailələrinə 200 min rupi (təxminən 2 215 ABŞ dolları), yaralanan şəxsə isə 50 min rupi maddi yardım ayrılacağını bildirib.

Hazırda mədəndə başqa işçilərin olub-olmaması ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

media-17703064632070321409 media-mfile_1842857_2_l_20260206070223


Bənzər xəbərlər