media-inshot_20251203_113303026

Xəbər verdiyimiz kimi, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner arasında görüş baş tutub.

Patrul.az yerli KİV-ə istinadla xəbər verit ki, Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, 5 saat davam edən görüşdə konkret təkliflər deyil, ABŞ-nin Ukraynada nizamlanmaya dair planının mahiyyəti müzakirə olunub.

“Biz konkret mətni və ya dəqiq təklifləri deyil, Amerika sənədlərində əks olunan əsas məqamları müzakirə etdik”.

Uşakov əlavə edib ki, Ukraynada uzunmüddətli sülhün əldə olunması perspektivləri də müzakirə mövzusu olub. Uşakovun sözlərinə görə, tərəflər Ukraynada sülh yolu ilə, davamlı nizamlanmaya nail olmaq üçün birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı Putin qeyd edib ki, Moskva ABŞ-nin Ukrayna planının bəzi aspektləri ilə razılaşa bilər, lakin bəzi məqamlar Rusiya tərəfindən tənqid edilib. Uşakov əlavə edib ki, Ukrayna böhranı ilə bağlı Putin və Vitkoff ərazi məsələlərinə də toxunublar.

Rusiya prezidentinin köməkçisinə görə, Moskva Trampın Ukrayna ilə bağlı ilkin 28 bəndlik planına əlavə olaraq daha dörd sənəd təqdim alıb. Rusiya və ABŞ liderlərinin mümkün görüşü isə nizamlanma istiqamətində hansı irəliləyişlərin əldə olunacağından asılı olacaq.

Kremldə keçirilən danışıqlara münasibət bildirən Ukrayna Prezidenti Vladimir Zelenski isə müharibənin asan qərarlarla bitməyəcəyini qeyd edib:

“Ukrayna, Rusiyadakı danışıqlardan sonra Amerika nümayəndə heyətindən siqnal gözləyəcək. ABŞ nümayəndə heyəti danışıqlardan dərhal sonra hesabatı bizimlə bölüşmək niyyətindədir. Növbəti addımlar bu siqnallardan asılı olacaq”.

Zelenski bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığını nəzərə alaraq, sülh əldə olunacağı təqdirdə Moskva bir daha ölkəsinə hücum etməməlidir.

ABŞ-nin də müharibənin bitməsini istədiyini diqqətə çatdıran Zelenski deyib:

“Rusiyanın bir il ərzində yenidən işğal cəhdinə yol açmaması üçün bu müharibəni bitirməliyik. Ölkəmizi işğal etmək məqsədlərinə çata bilmədilər, amma niyyətlərinin dəyişdiyinə də əmin deyiləm”.

O vurğulayıb ki, əsas məsələ qərarın verilməsi deyil, müharibənin ədalətli şəkildə başa çatmasıdır:

“Biz nə baş verdiyini anlayırıq. Kiminlə qarşı-qarşıya olduğumuzu bilirik. Qərar vermək çətin deyil, mən qərar verə bilərəm. Əsas odur ki, hər şey ədalətli və şəffaf olsun. Ukraynanın arxasında heç bir oyun qurulmamalıdır”.

media-cii5ii1mjudaseoeqtb0uq8jj90jwn6e media-tfv3hpwpafprmnuedhubh3a1efuciscl media-3wu1aa0ng8azvey3aqfjawksr60mnagw

Gülbəniz Səfərova


Bənzər xəbərlər