Latviya Prezidenti belə qarşılandı - FOTOLAR
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Bakıda aprelin 22-də rəsmi qarşılanma mərasimi keçirilib.
Patrul.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.
Latviya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.
Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.







