media-inshot_20260225_140714509

Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkəsir vilayətində gecə saatlarında F-16 təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub.

Patrul.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti TBMM Qrup iclası zamanı baş verən bədbəxt hadisə ilə bağlı şəhid pilot İbrahim Bolatın ailəsinə başsağlığı verib. Onun sözlərinə görə, hadisə araşdırılır:

“Balıkəsir 9-cu Əsas Reaktiv Baza Komandanlığından havaya qalxan F-16 təyyarəsi qəzaya uğradı və pilotu şəhid oldu. İlk növbədə qəhrəman şəhidimiz, hava pilotu mayor İbrahim Bolata başsağlığı verir, ailəsinə və hörmətli millətimizə səbr diləyirəm. Lazımi araşdırmalar başlanıb”.

Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin pilotu mayor İbrahim Bolat üçün 9-cu Əsas Reaktiv Hava Bazası Komandanlığında hərbi mərasim təşkil edilib. Hərbi mərasimdən sonra Bolatın cənazəsi doğulduğu şəhərə (İzmir) yola salınıb.


Bənzər xəbərlər