media-screenshot_20251013_114724_telegram

ABŞ Prezidenti Donald Tramp Qəzzadakı sülhlə bağlı çıxış etmək məqsədilə İsrailin Ben Qurion hava limanına eniş edib.

Patrulaz.az xəbər verir ki, İsrailin Baş nazir Benyamin Netanyahu Trampı təyyarənin pilləkənlərində qarşılayıb. Daha sonra Tramp Netanyahunu avtomobilinə dəvət edib.

Bundan sonra hər iki lider İsrailin Knesset dövlət parlamentində çıxış etmək üçün Qüdsə yollanıblar.

Trampın bu gün azad edilmiş girovlar və onların ailələri ilə görüşəcəyi də bildirilir.

Qeyd edək ki, 20-dən çox dünya lideri ilə Qəzzaya dair sammit üçün Misirə səfər edəcək. Şarm əş-Şeyxdə Tramp administrasiyası tərəfindən hazırlanmış sülh planının imzalanması gözlənilir.

Trampın İsrail səfəri zamanı Tel-Əvivdə və digər yerlərdə “Sən bizim qalibimizsən!” şüarı ilə bannerlər və “Təşəkkür edirəm” yazılmış nəhəng pankartlar nümayiş etdirilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər