media-6bbd140d-77e6-4141-a357-fc8763254b56

Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 55 ünvanında yaşayan sakinlər artıq bir aydan çoxdur ki, liftsiz qalıblar.
Sakinlərin Patrulaz.az-a verdiyi məlumata görə, binanın 4-cü blokunda yerləşən lift 1 yanvar tarixindən işləməyib və dəfələrlə aidiyyatı qurumlara şikayət edilməsinə baxmayaraq, problem hələ də həll olunmayıb.
Lift idarəsi sakinlərə panelin xarab olduğunu və təmirə göndərildiyini bildirib. Lakin bir aydan çox vaxt keçməsinə baxmayaraq, liftin yenidən quraşdırılması ilə bağlı konkret bir tarix verilməyib. Bu vəziyyət xüsusilə yaşlı insanlar, azyaşlı uşaqlar və fiziki imkanları məhdud şəxslər üçün ciddi çətinliklər yaradır. Sakinlər aidiyyati qurumlardan məsələnin tezliklə həllini və liftin bərpasını xahiş edirlər.


Bənzər xəbərlər