Livanın “Hizbullah” hərəkatı: "ABŞ və İsrail sərt zərbə alacaq"
Livanın şiə siyasi və hərbi təşkilatı “Hizbullah” İrana tam dəstəyini əks etdirən bəyanat yayıb.
Patrul.az İran KİV-ə istinadən xəbər verir ki, təşkilat Livanın bu münaqişədə İranın yanında olduğunu bildirib.
“Livan Hizbullahı aylarla davam edən sionist və Amerika təhdidlərindən sonra İran İslam Respublikasına qarşı ABŞ və İsrailin xaincəsinə təcavüzünü pisləyir. Bu təhdidlər, dünyanın digər ölkələri kimi, İranı dinc nüvə enerjisi əldə etmək və müdafiə raket qabiliyyətlərini inkişaf etdirmək kimi təbii və qanuni hüququndan məhrum etmək məqsədi daşıyırdı”.
Təşkilatın bəyanatında İsrail və ABŞ-nin İrana qarşı məğlub olacağı bildirilir:
“Biz əminik ki, ABŞ və İsrail düşmənləri ağır zərbə alacaq və onların təcavüzkar, cinayətkar addımlarının nəticəsi yalnız məğlubiyyət olacaq”.
Hizbullah həmçinin bu hücumun İranı zəiflətmək məqsədi daşıdığını vurğulasa da, bunun əksinə nəticə verəcəyini qeyd edib:
“Düşmənlər asanlıqla idarə edilə bilən zəif rejimlər yaratmağa çalışırlar ki, bununla işğalçı və müstəmləkə planlarını həyata keçirsinlər. Bu hücum yalnız İran İslam Respublikasının və onun xalqının gücünü, möhkəmliyini, sabitliyini və qanuni hüquqlarına bağlılığını daha da artıracaq”.
Gülbəniz Səfərova






