Madaqaskar Prezidenti Fransa ordusuna məxsus təyyarə ilə ölkədən qaçdı
Madaqaskarda uzun müddətdir davam edən siyasi böhran və kütləvi etirazlar nəticəsində ölkənin Prezidentinin Fransa ordusuna məxsus təyyarə ilə qaçdığı bildirilib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə dinclik məqsədilə Madaqasqar Prezidenti Andry Rajoelina əvvəlcə Antananarivodan helikopterlə Sainte-Marie adasına aparıldığı və orada gözləyən hərbi nəqliyyat təyyarəsinə mindiyi söylənilib.
Məlumata görə, fransız əsgərlərinin himayəsi altında həyata keçirilən əməliyyatın ilk mərhələsində prezident La Reunion şəhərinə göndərilib və daha sonra ailəsi ilə birlikdə başqa yerə köçürülüb.
Paris rəhbərliyi bildirib ki, gediş dinciliyi təmin etmək məqsədi daşıyıb və Madaqaskarda hərbi müdaxilə olmayacaq. Fransa rəsmiləri məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib və Rajoelinanın harada olması qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, ölkədəki böhranın əsas səbəbləri arasında elektrik və su kəsintilərinə etirazlar, həmçinin bəzi hərbçilərin etirazçılara dəstək verməsi ilə hökumət əleyhinə kütləvi nümayişlər göstərilir.






