media-inshot_20260211_205526858

Türkiyədə qeyri-adi oğurluq hadisəsi baş verib.

Patrul.az sosial şəbəkələrdə yayılan videogörüntülərə istinadən xəbər verir ki, hadisə Kayseri vilayətində qeydə alınıb. Naməlum şəxs zərgərlik mağazasının pəncərələrini forklift (çəngəlli yükləyici) vasitəsilə sındıraraq içəri daxil olub.

O, təxminən 150 qram qızıl məmulatını oğurladıqdan sonra hadisə yerindən qaçıb.

Təhlükəsizlik kameralarının görüntülərini araşdıran polis əməkdaşları müəyyən ediblər ki, şübhəli şəxs mağazaya forkliftlə daxil olub, daha sonra isə ərazidən eşşəklə uzaqlaşıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızılları basdırdığı yer də aşkarlanıb və bütün məmulatlar sahibinə geri qaytarılıb.

Sosial şəbəkələrdə isə oğrunun hadisə yerindən eşşəklə qaçması böyük müzakirələrə səbəb olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər