media-inshot_20260122_184617611

Fransa Prezidenti Emmanuel Makron bir müddət əvvəl Silahlı Qüvvələr qarşısında çıxışı zamanı sağ gözündə yaranan qızartı ilə diqqət çəkmişdi.

Patrul.az xəbər verir ki, britaniyalı oftalmoloq prezidentin gözündəki vəziyyəti analiz edərək bununla bağlı proqnoz irəli sürüb.

Həkim Mphaso Howe-un fikrincə, Emmanuel Makron subkonyunktival qanaxmadan əziyyət çəkir. Onun sözlərinə görə, bu hal gözün selikli qişasının altında yerləşən kiçik qan damarının partlaması nəticəsində baş verir.

Mütəxəssis bildirib ki, subkonyunktival qanaxma üzə dəyən zərbə və ya yüksək qan təzyiqi nəticəsində yarana bilər. Bununla yanaşı, həkimin sözlərinə görə, bu cür qanaxma bəzən heç bir səbəb olmadan da baş verə bilər.

O qeyd edib ki, Makronun vəziyyətində üzə zərbə ehtimalı azdır. Çünki əgər üz nahiyəsinə zərbə dəymiş olsaydı, göyərmə əlamətləri də müşahidə olunardı.

Qeyd edək ki, bu hadisədən sonra Makron rəsmi Davos görüşlərinə də mavi rəngli günəş eynəyi ilə qatılıb. Prezident bunun səbəbinin səhhətində yaranan narahatlıqla bağlı olduğunu bildirib. Lakin sosial şəbəkə istifadəçiləri onun gözündəki qızartının yaranmasında həyat yoldaşı Bricit Makronun da rolunun ola biləcəyini iddia edirlər.

Xatırladaq ki, 2025-ci ilin may ayında Vyetnama səfəri zamanı təyyarədən enən Makrona həyat yoldaşı Bricit Makron şillə vurmuşdu. Lakin Fransa Prezidenti hadisənin mübahisə xarakteri daşımadığını, bunun sadəcə zarafat olduğunu bildirmişdi.

ABŞ Prezidenti Donald Tramp da Makronun Davosdakı görüşlərə eynəklə qatılmasına münasibət bildirərək “Ötən gün onun çıxışını izlədim, eynəyini taxmışdı, çox xoşuma gəldi. Ona nə olub?”, – deyə  lağa qoyub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər