media-ff96be1f-db1d-4775-b0b0-d9e49554c210

Elm adamları Marsda suyun olmadığını sübut etdi.

Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, Marsın səthindəki bəzi yamaclarda uzun illərdir müşahidə olunan “qaranlıq zolaqlar” əvvəllər alimlər tərəfindən su axını kimi qəbul edilirdi. Lakin yeni bir araşdırma bu fikri tamamilə dəyişdi.

“Marsda toz o qədər incə və yüngüldür ki, aşağı cazibə qüvvəsinə görə sanki su kimi axır. Buna görə də biz onu əvvəllər səhvən su kimi başa düşmüşük”, – deyə tədqiqatçı Valantinas söyləyib.

Alimlər bildirirlər ki, bu axınlar meteoritlərin zərbəsi, külək və Mars zəlzələləri kimi təbii hadisələrin nəticəsində yaranır. Bu da o deməkdir ki, Marsın səthində həyat üçün uyğun şərait, yəni su hal-hazırda mövcud deyil.

Gülbəniz Səfərova


Bənzər xəbərlər