media-fff4bb15-671a-488a-a073-135643e925a3

Martın 2-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının cavabı həftəsonu açıqlanacaq.

Patrulaz.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

O əlavə edib ki, martın 9-da keçirilən imtahanların cavabı isə qaydalara uyğun olaraq 6 həftə sonra açıqlanacaq.

Qeyd edək ki, martın 2-də keçirilən buraxılış imtahanlarında imtahanda 57 mindən çox şagirdin iştirakı nəzərdə tutulmuşdu. İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər