media-inshot_20260218_122942520

Amerikalı iş adamı və milyarder İlon Mask bu dəfə Netflix ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib.

Patrul.az xəbər verir ki, o, bu platformada qaradərili kişi obrazında təqdim olunacağı serialın çəkilməsini təklif edib.

Mask bu fikri X sosial şəbəkəsində səsləndirib. O, Netflix-in inklüzivlik siyasətini lağa qoyan bir istifadəçinin paylaşımına cavab verib.

Həmin paylaşımda süni intellekt vasitəsilə hazırlanmış poster yer alıb. Posterdə Maskın həyatından bəhs edən serialda onun qaradərili şəxs kimi təsvir olunacağı göstərilib.

İlon Mask isə bu paylaşıma belə cavab yazıb:

“Xahiş edirəm bunu gerçəkləşdirin, bu, möhtəşəm olardı”.

Bununla da o, gələcəkdə çəkilə biləcək Netflix bioqrafik filmində onu qaradərili aktyorun canlandırmasına müsbət yanaşdığını bildirib.


Bənzər xəbərlər