media-inshot_20260218_214323200

Nigeriyada mədən sahəsində baş verən partlayış faciə ilə nəticələnib.

Patrul.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə mədən tunellərində adi iş prosesinin getdiyi vaxt qeydə alınıb.

İlkin məlumatlara əsasən, yaşı 20-35 arasında olan mədənçilər zəhərli qazın təsirinə məruz qalıb, daha sonra isə partlayış baş verib.

Hadisə nəticəsində azı 37 nəfər həyatını itirib, çoxsaylı işçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar həmkarları və sahə əməkdaşlarının köməyi ilə yeraltından çıxarılaraq yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

Məlumata görə, partlayışa tunellərdə toplanan zəhərli qaz səbəb olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb, təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması yoxlanılır.


Bənzər xəbərlər