Məktəbin həyətində maşın saxlamaq olar? – ŞİKAYƏT – VİDEO
Xırdalanda yerləşən 3 nömrəli orta məktəbin Laçın sektoru önündə avtomobillər təhlükəli vəziyyət yaranmasına səbəb olur.
Patrulaz.az-a verilən məlumatda bildirilir ki, hər gün məktəb çıxışı zamanı uşaqlarını götürməyə gələn valideynlər avtomobillərini məktəbin qarşısında nizamsız şəkildə saxlayaraq yolu zəbt edirlər. Bu vəziyyət həm piyadaların hərəkətini çətinləşdirir, həm də azyaşlı uşaqlar üçün ciddi qəza riski yaradır.
Valideynlərin sözlərinə görə, sürücülər avtomobillərini nizamsız park etdiyinə görə, sıxlıq yaranır. Anlıq diqqətsizlik nəticəsində valideynindən uzaqlaşan uşağın avtomobilin altında qalma təhlükəsi var.
Məktəb rəhbərliyinin məsələyə diqqət yetirməsi, məktəb önündə nəqliyyat parkinginin tənzimlənməsi üçün tədbirlərin görülməsi zəruzidir. Əlavə olaraq valideyinlərin də məsuliyyətli davranmaları və uşaqların təhlükəsizliyini nəzərə almaları xahiş edilir.