"Mən oyun oynamıram, bunu bilirlər" - Tramp
ABŞ Prezidenti Donald Tramp HƏMAS-ı təhdid edən açıqlama verib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp 13 oktyabr tarixində Misirdə Yaxın Şərq Sülh Sammitində əldə olunun Qəzza ilə bağlı yekun atəşkəsindən sonra HƏMAS-ın silahlarını yerə qoyması ilə bağlı xəbərdarlıq edib.
Tramp bildirib ki, HƏMAS silahlarını təslim etməsə, ABŞ və müttəfiqləri lazım gəldiyi halda zor tətbiq etməklə onları tərksilah edəcək:
“HƏMAS silahlarını yerə qoyacaq. Əgər etməsələr, biz onları tərksilah edəcəyik. Lazım gələrsə, güc tətbiq edəcəyik. Mən oyun oynamıram, bunu bilirlər” – deyə ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, Tramp İsrail və Qəzza zolağı arasında sülh planının 2-ci mərhələsinin başladığını elan edib.
“20 girovun hamısı geri döndü və gözlənildiyi kimi özlərini yaxşı hiss edilər. Ağır yük götürülüb, amma iş bitməyib. Ölənlər söz verildiyi kimi geri qayıtmayıb! 2-ci mərhələ elə indi başlayır!!!” – ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.







