media-a34e6fe6-9398-4cab-8d4f-47220a6f9f6c

Patrul.az redaksiyasına videogörüntü ilə müraciət edən izləyicimizin bildirdiyinə görə, hadisə 17 iyun 2026-cı il tarixində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.

İddialara əsasən, 90-BN-959 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü hər zaman nəqliyyat vasitəsini saxladığı yerdə başqa bir avtomobilin park edildiyini görərək əsəbiləşib. Bundan sonra o, avtomobilini yaşayış binasının giriş-çıxış hissəsində saxlayaraq ərazini tərk edib.

Şikayətçilərin sözlərinə görə, sürücünün bu hərəkəti bina sakinlərinin və digər hərəkət iştirakçılarının hərəkətinə mane olub. İddiaya görə, sakinlər yaranmış problemin aradan qaldırılması üçün yarım saatdan çox gözləməli olublar.

Videogörüntüdə avtomobilin giriş-çıxış hissəsini bağladığı və ərazidə hərəkəti çətinləşdirdiyi görünür.

Qeyd edək ki, təqdim olunan məlumatlar şikayətçilərin iddialarına əsaslanır. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Müəllif: Günay Salayeva


Bənzər xəbərlər