media-3d44458d-8c2b-4a6b-9e43-940489e1ebdf

Patrul.az redaksiyasına videogörüntü göndərən izləyicimiz Sumqayıt şəhərində fəaliyyət göstərən 7 nömrəli müntəzəm marşrut xəttinin sürücülərindən şikayət edib.

Şikayətçinin bildirdiyinə görə, 17.06.2026-cı il tarixində saat 18:21 radələrində qeydə alınmış videogörüntüdə 50-AF-337 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün sərnişinlərlə dolu nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu əks olunub. İddialara əsasən, sürücünün təhlükəli manevrləri həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını risk altına atıb.

Redaksiyamıza təqdim olunan videogörüntülərdə də avtobusun təhlükəli şəkildə idarə olunduğu iddia edilir.

Şikayətçi bildirir ki, bu hal yalnız sözügedən avtobus sürücüsünə aid deyil. Onun sözlərinə görə, 7 nömrəli marşrut xəttində fəaliyyət göstərən bəzi sürücülər tərəfindən yol hərəkəti qaydalarına mütəmadi olaraq əməl edilmir və bu da sərnişinlərin narahatlığına səbəb olur.


Bənzər xəbərlər