Merilin Monronu kimin öldürdüyü ortaya çıxdı
Cennifer Lopezin uzun illərdir birlikdə çalışdığı prodüser Elaine Goldsmith-Thomas, ilk romanı Climbing in Heels ilə Hollivudun qaranlıq keçmişinə işıq salan şok edici Merilin Monro iddiası ilə gündəmə gəlib.
Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, Goldsmith-Thomas, People jurnalına verdiyi müsahibəsində 1980-ci illərdə William Morris Agentliyində işləyərkən yaşadığı ürküdücü bir hadisəni bölüşüb. Hadisə, agentliyə gələn sirli bir kişinin 1962-ci ildə faciəvi şəkildə həyatını itirən Merilin Monro barədə söylədiyi sarsıdıcı sözlər ətrafında cərəyan edir.
Gənclik illərində teatr şöbəsində işləyərkən yaşlı bir kişinin ofisə gəldiyini bildirən yazıçı, həmin şəxsin ona belə dediyini qeyd edib:
“Merilini öldürdülər. Mən istəmirdim. Onu sevirdim. O, mənə ‘Əmi Milton’ deyirdi. Amma vəziyyət nəzarətdən çıxırdı… buna görə də onu öldürdülər.”
Goldsmith-Thomas sonradan bu şəxsin, Frank Sinatra, Sammy Davis Jr. və Kennedi ailəsi ilə yaxın münasibətləri olan Piter Lofordun meneceri Milt Ebbins olduğunu öyrənib. Ebbins bir dövr Hollivudda tanınmış bir fiqur idi və sənaye içərisində ən dərin sirləri bilən şəxslərdən biri kimi tanınırdı.
Ləman Sərraf