Məşhur aktrisa illər sonra etiraf etdi: İslam həyatımı xilas etdi
Böyük Britaniyanın məşhur realiti-şousu “Real Housewives of Cheshire” iştirakçılarından biri olan Paige Çohan mənəvi yolculuğunu və İslam dinini qəbul etmə hekayəsini bölüşüb.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, 33 yaşlı Paige, həyat yoldaşı Amir (36 yaş) və 13 aylıq qızları Nora ilə birlikdə proqramın 18-ci mövsümündə yer alıb.
Bu onun üçüncü mövsümü olsa da, bu dəfə inancı ilə bağlı yolculuğunu daha geniş şəkildə izləyicilərlə paylaşıb.
Anglikan Kilsəsinə mənsub bir ailədə böyüyən Paige, 17 yaşından etibarən müxtəlif dinləri araşdırmağa başlayıb. Xristianlıq, Buddizm və Hinduizm üzərində apardığı araşdırmalardan sonra İslam dinində axtardığı mənəvi rahatlığı tapdığını deyir.
“Gənc yaşda başladığım bu yolculuqda İslamla güclü bir bağ qurdum və zamanla bu bağ daha da möhkəmləndi. İslam həqiqətən həyatımı xilas etdi və mənə böyüyərkən ehtiyac duyduğum aydın bir yol göstərdi”, – deyə müsahibəsində bildirib.
Proqramda ailəsinin din məsələlərində sərt olmadığını deyən Paige belə əlavə edib:
“Oturub düşündüm: həyatın daha dərin bir mənası varmı? Mən bunu araşdırmaq istədim”.
Ana olmaq onun inancını və dəyərlərini daha da gücləndirib:
“Artıq həyat yalnız özün haqqında deyil. Artıq bir həyat yoldaşım və övladım var. İstədiyini istədiyin zaman edə bilmirsən. Diqqət mərkəzi sən olmursan – bu, çox böyük bir dəyişikliyin başlanğıcıdır”.
Qeyd edək ki, ilk dəfə 2015-ci ildə yayımlanan “Real Housewives of Cheshire”, imkanlı və dəbdəbəli ailələrin həyatını tamaşaçılara təqdim edir.
Ləman Sərraf