media-0453418e-f561-414f-b56d-67466ce97a0f

Döyüş səhnələri ilə Hollivudun simvollarından birinə çevrilən məşhur aktyor Ceki Çan sənət karyerasını dayandırmaq fikrində olmadığını bildirib.

Patrulaz.az “Patronlar Kulübü”nə istinadən xəbər verir ki, verdiyi müsahibəsində 71 yaşlı aktyor 64 ildir ki, fasiləsiz çalışdığını, səhnələrdə heç vaxt dubldan istifadə etmədiyini, riskli səhnələri belə özünün icra etdiyini açıqlayıb: “Bu, mənim ruhumun və əzələ yaddaşımın əksidir. Heç kim mənim kimi risk almağa cəsarət etmir. Təqaüdə çıxmaq? Heç vaxt!”

Uşaqlıq illərindən döyüş sənətinə maraq göstərən və peşəkar aktyorluğa həyatını həsr edən Ceki Çan 100-dən çox filmə imza ataraq dünya şöhrəti qazanıb. Onun ən məşhur ekran obrazları arasında “Sərxoş Usta”, “Tələsik Saatlar” və “Kung Fu Panda” seriyası xüsusilə seçilir.

Qeyd edək ki, Ceki Çan son olaraq “Karate Kid: Legends” filmində rol alıb və yeni layihələr üzərində çalışdığını bildirib. Onun sənətə bağlılığı və peşəsinə duyduğu ehtiras pərəstişkarlarına hələ uzun illər sevinc yaşadacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər