media-inshot_20260211_120625706

“Poyraz Karayel” serialında Sefer obrazı ilə yadda qalan məşhur türkiyəli aktyor Kanbolat Görkem Arslan vəfat edib.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi gecə saatlarında özünü pis hiss edib. Həyat yoldaşı tərəfindən çağırılan təcili tibbi yardım briqadası əvvəlcə evdə ilkin yardım göstərib, daha sonra aktyor xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sənətçinin xəstəliyi və ya ölüm səbəbi ilə bağlı xəstəxana və ya rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Kanbolat Görkem Arslan son olaraq “Qüdsün fəthi: Səlahəddin Əyyubi” serialında rol alıb. Aktyorun 45 yaşı var idi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər