media-e08a08ea-f0b8-4dfc-a2a4-472a8b26a908

20 milyon izləyicisi tərəfindən Gkay kimi tanınan Jessika Kayane aprelin 10-da adı açıqlanmayan bir hava limanına enib və vətəni Braziliyaya qayıtmaq üçün əvvəlcə pasportunu təqdim etməli olub. Problem isə buradan başlayıb.

Patrulaz.az “TSN”-ə istinadən xəbər verir ki, 32 yaşlı YouTube və TikTok fenomeni, eyni zamanda Netflix filmlərində də rol alan Gkay açıq şəkildə etiraf edir ki, üzünü və bədənini bir neçə estetik əməliyyatla dəyişib – burun formasını düzəltdirib, döşlərini böyütdürüb, çənə altı və yanaqlardan piy çəkdirib, dodaqlarını böyütdürüb.

Hava limanındakı rəsmilərə sənədlərini təqdim edəndə isə əsl xaos yaşanıb: şəkillər əvvəlki halına aid olduğu üçün heç kim onu tanımayıb!

“Az qalmışdı ki, ölkəyə girişimə qadağa qoyulsun, çünki sənədlərdəki şəkillərlə indiki üzümün heç bir oxşarlığı yoxdur,” – deyə o, Instagram hesabında bildirib.

Hazırda Kayane uzun, al-qırmızı saçları, incə burunu, iti çənəsi və dolğun dodaqları ilə tanınır. Lakin pasportundakı fotoda qarasaçlı və daha iri sifətli fərqli bir qadın təsvir olunub.

Nə yaxşı ki, Gkay keçirdiyi estetik prosesləri sosial şəbəkələrdə ardıcıl sənədləşdirib. “Instagram səhifəmdə ‘əvvəl və sonra’ fotolarım olmasaydı, vəziyyəti izah edə bilməzdim. “Braziliyaya qayıdan kimi ilk işim – sənədlərdəki şəkilləri yeniləmək olacaq!” – deyə əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər