media-2372b9f4-a46f-4aa8-a0bf-ff37eeee96ed

Məşhur rep ifaçısı LVBEL C5 adı ilə tanınan Süleyman Burak Bodur, mahnılarında narkotik vasitələrin təbliğinə təşviq etdiyi ittihamı ilə ifadə vermək üçün dünən Gebzə İlçe Polis İdarəsinə çağırılıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ifadəsi alındıqdan sonra prosedurlar tamamlanıb və məşhur repçi Gebzə Sülh Cinayət Hakimliyinə təhvil verilib.

Narkotik vasitələrə təşviq ittihamı ilə 5 ildən 10 ilə qədər həbs cəzası ilə mühakimə edilən məşhur repçi, çıxarıldığı məhkəmənin qərarı ilə həbs olunaraq Kandıra Həbsxanasına göndərilib.

Son dövrlərdə “Hav Hav Hav” adlı mahnısı ilə gündəmdə olan və LVBEL C5 təxəllüsü ilə tanınan Süleyman Burak Bodur, mahnısını tənqid edən məşhurlara “Mən edərəm, onlar hürər” deyə cavab vermişdi.

Ləman Sərraf


Bənzər xəbərlər