media-f4ae6872-085a-4124-bae7-bd75abc4f629

Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

Patrul.az “Report”a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

media-24a7c0f7-312d-4bd0-96a9-097bae510db4

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyinə verilib.

Bundan sonra şirkət “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC kimi fəaliyyət göstərməyə başlayıb.


Bənzər xəbərlər