Millimizin gəncləri Moldovaya qalib gəldi
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada baş tutan ilk yoldaşlıq görüşünü qələbə ilə tamamlayıb.
Patrul.az “Oxu.az”a istinadən xəbər verir ki, 19 yaşadək futbolçularımız təlim-məşq toplanışı zamanı Moldovanın eyni yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Vadul-lui-Voda şəhərində Texniki Mərkəzdə təşkil olunan matç millimizin 2:1 hesablı zəfəri ilə yekunlaşıb.
Yığmamızın heyətində qolları oyunun 61-ci dəqiqəsində Nicat Nərimanov, 82-ci dəqiqəsində isə İbrahim Babayev vurublar.
Xatırladaq ki, tərəflər arasındakı növbəti yoldaşlıq qarşılaşmasının fevralın 27-də keçirilməsi planlaşdırılır.






