media-6b7ff64c-9800-437b-bad8-6c7e4f8f1e04

Mingəçevir Turizm Kollecində tələbələrin kriminal məzmunlu mahnı fonunda çəkdikləri videogörüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Patrul.az-a bildirib ki, görüntülərdəki tələbələr ərazi üzrə polis orqanına dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb. Yetkinlik yaşına çatan 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə, yaşı tamam olmayan digər tələbələr barəsində isə toplanmış materiallar aidiyyəti dövlət qurumuna göndərilib.

Həmçinin qeyd olunan təhsil müəssisəsində maarifləndirmə işinin təşkili məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.


Bənzər xəbərlər