media-inshot_20251031_170634132

Son vaxtlar sürücülər tez-tez müxtəlif səbəblərdən cərimələnmələrindən şikayət edirlər. Bunlardan biri də minib-düşmə nişanının olduğu yerlərdə avtomobillərin cərimələnməsi məsələsidir. Baku TV-yə danışan sürücülərin iddiasına görə, sözügedən nişanın olduğu yerdə avtomobillər dayanan kimi sürücüyə cərimə tətbiq olunur.

Maraqlıdır ki, minib-düşmə nişanının olduğu yerlərdə avtomobillərin cərimələnməsi düzgündürmü?

Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Patrulaz.az-a açıqlamasında bildirib ki, minib-düşmə məntəqəsində avtomobil uzun müddət qaldıqda cərimə tətbiq olunması normal haldır, lakin sərnişini endirib-düşürdüyü zaman edilən cərimə düzgün deyil:

media-inshot_20251031_170853403

“Əgər minib-düşmə məntəqəsi varsa və orada xüsusi lövhə quraşdırılıbsa, avtomobilin sürücüsü həmin yerdə sərnişini mindirərkən və ya endirərkən cərimə olunmamalıdır. Bu məsələ artıq bir neçə ay əvvəl elan edilib və ictimaiyyət bundan xəbərdardır. Yol patrul xidməti əməkdaşları da bunu nəzərə almalı və həmin avtomobilləri cərimələməməlidirlər.

Bununla yanaşı, onu da diqqətinizə çatdırım ki, həmin ərazi yalnız sərnişinləri mindirib-endirmək üçündür. Yəni, orada bundan sui-istifadə edib avtomobili 3-5 dəqiqə saxlamaq olmaz”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər