media-6f5d3e79-8a45-4564-baca-db8d293dcd5f

Misirdə Firon məbədində qədim məktəb tapılıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, Misirdə aparılan arxeoloji qazıntılar nəticəsində II Ramzesin məbəd kompleksində qədim dövrə aid məktəb aşkar edilib.

Fransa və Misir arxeoloqlarının Luksorun qərb sahilində yerləşən Ramesseum nekropolunda apardığı qazıntılar zamanı əvvəllər məlum olmayan təhsil mərkəzi “Per Ankh” “Həyat Evi” üzə çıxarılıb.

Qədim əsərlər üzrə Ali Şuranın baş katibi Mohamed Ismail Khaled bu tapıntının əhəmiyyətini belə şərh edib: “Bu kəşf qədim misirlilərin gündəlik həyatına dair təsəvvürlərimizi dəyişir. Burada məktəb olmaqla yanaşı, inzibati idarələr və kralın qonaqları qəbul etdiyi taxt otağı da olub”,-deyə bildirib.

Qeyd edək ki, qazıntılar zamanı qədim yazı nümunələri, öyrədici oyuncaqlar və alət fraqmentləri də tapılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər