media-inshot_20251105_180818882

“Moskva İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına mühüm töhfə verib”.

Patrul.az “Sputnik Armenian”a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Şoyqu qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycan arasında hələ tam həllini tapmamış məsələlərin nizamlanmasında aktiv rol oynayıb və prosesə əhəmiyyətli təsir göstərib:

“Rusiyanın Ermənistanla Azərbaycan arasında hələ tam nizamlanmamış münasibətlərin sabitləşdirilməsinə töhfəsi böyükdür. Bütün bu müddət ərzində Rusiya regionda vəziyyətin daha stabil olması və sonda sülhün bərqərar edilməsi üçün əlindən gələni edib,” – deyə o vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında birgə sülh bəyannaməsi imzalanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər