Motosikletlə təhlükəli hərəkətlər edən sürücü barədə tədbir görüldü
Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bakı şəhər DYPİ-dən Patrul.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.
***
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Amin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 511-ci (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Qərara əsasən Amin 500 manat cərimələnib, əlavə olaraq 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüquqdan məhrum edilib.






