Müdafiə Nazirliyi həftəlik icmal yayımladı - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrlə bağlı icmal hazırlayıb.
Patrul.az xəbər verir ki, icmal Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hazırlanaraq video formatında ictimaiyyətə təqdim edilib.
Videomaterialda həftə ərzində həyata keçirilən yoxlamalar, keçirilmiş təlimlər, bölmələrin fəaliyyəti və digər mühüm hadisələr əks olunub. İcmalın məqsədi görülən işlər barədə ictimaiyyəti operativ və dolğun məlumatlandırmaqdır.






