media-inshot_20251208_161346782

Son mövsümlərdə “Qarabağ” komandası UEFA Çempionlar Liqasında göstərdiyi performansla diqqət çəkir. Komanda həm öz oyun üslubu, həm də taktiki hazırlığı ilə rəqiblərinə qarşı əzmkarlığını nümayiş etdirir. Artıq “Qarabağ”ın qarşısında Avropanın tanınmış klublarından biri olan “Ayaks” dayanır və futbolsevərlər komandamızın bu görüşdəki şanslarını maraqla izləyirlər.

Bəs, Napoliyə 2:0 hesabla uduzan “Qarabağ”ın “Ayaks”ı udma ehtimalı varmı?

Bu barədə Azərbaycan millisinin sabiq futbolçusu, futbol üzrə ekspert Ceyhun Sultanov Patrul.az-a açıqlamasında bildirib ki, indiki vəziyyətdə Qarabağın oyun üslubu və gücü sayəsində “Ayaks” da daxil olmaqla hər komandaya qalib gəlmək ehtimalı var:

media-img-20251208-wa0027

“Əlbəttə, “Qarabağ”ın “Ayaks”ı udma ehtimalı var. Düşünürəm ki, “Qarabağ”ın gücü nəinki “Ayaks”ı, hətta digər komandaları da məğlub etməyə qadirdir. Hər müsahibəmdə deyirəm ki, “Qarabağ” qol imkanlarından düzgün istifadə etsə, bütün oyunlarda qalib gələ bilər – yalnız müdafiədə səhv etməmək şərti ilə. Baxmayaraq ki, “Ayaks” 15–20 il əvvəlki futbol komandası deyil, amma onların çempionatının güclü olması “Ayaks”ın yaxşı komanda olduğunu göstərir. “Qarabağ”ın isə oyun üslubu olduğundan, mən indiki vəziyyətdə “Qarabağ”ı üstün sayıram. Qarabağ”a” uğurlar arzulayıram”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər