media-inshot_20260420_183521932

Bir neçə müddətdir ki, müğənni Aygül Səfərovanın evinin qapısının şiddətlə döyülməsi onun ailəsində narahatlığa səbəb olub.

Patrul.az xəbər verir ki, bu barədə baş verənlər sənətçinin özünün “Instagram” hesabında yayımladığı videolarda öz əksini tapıb.

İfaçının sözlərinə görə, yarım saatdan çox davam edən hadisə nəticəsində evdəki azyaşlı övladı qorxuya düşərək ağlayıb.

Bu səbəbdən qapını açmağa çəkinən müğənninin işi ilə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.

Sənətçinin bildirdiyinə görə, polislər tərəfindən aparılan araşdırma nəticəsində müşahidə kameralarında qapını 11-12 nəfər uşağın döyərək qaçdığı üzə çıxıb.

Hazırda uşaqların bu əməli hansı məqsədlə törətdikləri araşdırılır.

Aygül Səfərova məsələyə operativ reaksiya verən polis əməkdaşlarına təşəkkürünü ünvanlayıb:

“Azərbaycan polisi, Allah sizi qorusun. Bir doğma, qardaş kimi mənim qədər narahat oldunuz, körpəmin göz yaşlarına laqeyd qalmadınız. Nə qədər ki, Azərbaycan polisi var, bizim kürəyimiz yerə gəlməz”, – deyə sənətçi videomüraciətində vurğulayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər