media-inshot_20251013_214516264

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəslə bağlı yekun sənədi imzalamayıb.

Patrulaz.az xəbər verir ki, sammit çərçivəsində sənədi Misir Prezidenti Əbdülfəttah Əs-Sisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al-Tani imzalayıblar.

Tramp sənədlərin imzalanması mərasimində çıxış edərək, rəsmi olaraq İsrail və HƏMAS arasında müharibənin başa çatdığını elan edib.

“Nəhayət ki, 3000 və ya 500 ildən sonra – fərqi yoxdur, nə qədər olursa olsun – müharibə bitdi,” – Tramp deyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də başlayan İsrail–HƏMAS müharibəsi nəticəsində 60 430 nəfər həyatını itirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər