Mükafatlandırma mərasimində ölənlər arasında onun da adının çəkilməsi hiddətə səbəb oldu - VİDEO
Türkiyədə Haliç Konqres Mərkəzində keçirilən “Afife Jele Tiyatro Ödülleri” mükafatlandırma mərasimində ciddi səhvə yol verilib.
Patrulaz.az sosial şəbəkədə yayılan videoya əsasən xəbər verir ki, mərasim zamanı 2025-ci ildə dünyasını dəyişən sənətçilərin siyahısında hazırda sağ olan, məşhur aktyor Alper Atakın da adı və fotoşəkili yer alıb.
“İtirdiklərimiz” rubrikasında aktyorun adı çəkildikdən sonra onun dostları və tərəfdarları ailəsinə başsağlığı verməyə başlayıblar. Bundan sonra hadisədən xəbər tutan Alper Atak sosial media hesabından məsələ ilə bağlı qanuni addımlar atacağını açıqlayıb.
Qeyd edək ki, sənət koordinatoru Murat Ovalı mərasim zamanı səhvən aktyor Alperin adını çəkdiyinə və fotosunun təqdim edildiyinə görə üzr istəyib.






