media-inshot_20260327_232230669

Naftalan şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Patrul.az “APA”ya istinadən xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər