media-inshot_20251014_171151661

 “Çin Rusiyanı NATO-ya hücum etməyə sövq edə bilər”.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Alyansın Parlament Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Çin Tayvana hücum edəcəyi təqdirdə, Rusiyanı da NATO-ya hücuma cəlb edəcək:

“Pekin çox güman ki, Qərbin diqqətini yayındırmaq üçün “kiçik tərəfdaşı” olan Rusiyanı NATO-ya hücuma sövq edəcək. Əgər Çin hərəkətə keçməyə qərar verərsə, Rusiya yenidən Alyansın sərhədlərində vəziyyəti sabitsizləşdirməyə cəhd edə bilər, – deyə NATO rəsmisi vurğulayıb.

Qeyd edək ki, son vaxtlar həm Çin-Tayvan, həm də NATO-Rusiya münasibətlərində gərginlik daha da dərinləşib. Pekin Tayvan ətrafında hərbi təlimləri intensivləşdirib, Rusiya isə Avropanın şərq sərhədlərində hərbi fəallığını artırıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər