Naxçıvanda İranın dron hücumundan xəsarət alanların son vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, İran Naxçıvana bir neçə dron zərbəsi endirib. Zərbələrdən biri Naxçıvan Hava Limanının ərazisinə düşüb.
Patrul.az xəbər verir ki, hücum nəticəsində iki nəfər mülki şəxs xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan “APA”nın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alanların vəziyyəti stabildir.






