media-inshot_20260416_094857477

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

Patrul.az “Report.az”a istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu olub.

Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, yol kənarındakı infrastruktura ziyan deyib.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.

Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin açılması üçün işlər aparılır.

media-1776318102_prrzkdeuzrtloo6dtusxxgoqccu1p3falh35sr6a_1200 media-1776318092_mkpsdn5esv986mbzqkdxhonuy7wjjox0sohidc1j_1200


Bənzər xəbərlər