media-inshot_20251015_093002036

“HƏMAS tərksilahdan imtina edərsə, cəhənnəm başlayacaq”.

Patrulaz.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu “CBS News” telekanalına müsahibəsində deyib.

O, Trampın 20 maddədən ibarət təşəbbüsünün sülh yolu ilə icrasına ümid etdiyini söyləyib. Netanyahu planın şərtlərinin tam açıq olduğunu və HƏMAS-ın silahlarını təhvil verməsinin vacib olduğunu bəyan edib:

“Birincisi, HƏMAS silahlarını yerə qoymalıdır. İkincisi, Qəzzada silah zavodlarının olmamasına əmin olmalıyıq. Qəzzaya silah qaçaqmalçılığı olmamalıdır. Demilitarizasiya elə budur”, – baş nazir əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da HƏMAS-ın silahlarını təslim etməyəcəyi təqdirdə, zor tətbiq ediləcəyini söyləyib.


Bənzər xəbərlər